Müdafiə sənayesi sahəsində beynəlxalq əməkdaşlıq genişləndirilir
Görüşlərdə müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri nəzərdən keçirilib və inkişaf perspektivləri müzakirə edilib.
Danışıqlar zamanı müasir dövrdə müdafiə sənayesinin təkcə istehsal gücü ilə deyil, eyni zamanda elmi əsaslar, innovativ texnologiyalar və çevik idarəetmə modelləri üzərində formalaşdığı vurğulanıb, sənaye ilə elm arasında əlaqələrin gücləndirilməsinin strateji əhəmiyyət daşıdığı qeyd edilib. Texnoloji yeniliklərin izlənilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və uyğunlaşdırılması bu sahənin dinamik inkişafı üçün vacib istiqamətlər kimi dəyərləndirilib. Eyni zamanda, beynəlxalq sərgilərin və forumların bu prosesdə mühüm rol oynadığı bildirilib.
Müzakirələr zamanı təcrübə mübadiləsinin institusional əsaslar üzərində qurulmasının əhəmiyyətinə toxunulub. Tərəflər qarşılıqlı ünsiyyətin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, "World Defence Show 2026" sərgisi fevralın 12-də başa çatacaq.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


