Türkiyə hökumətində ciddi dəyişikliklər

Türkiyə hökumətində ciddi dəyişikliklər
  11 Fevral 2026    Oxunub:1180
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç və daxili işlər naziri Əli Yerlikaya öz xahişləri ilə tutduqları vəzifələrdən azad ediliblər.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən gecə prezident Rəcəb Tayyib Ərdoğan şəhərin müxalifətçi bələdiyyə sədri Əkrəm İmamoğlu ilə bağlı istintaq kimi səs-küylü işlərə rəhbərlik edən keçmiş İstanbul prokuroru Akin Gürlekin yeni ədliyyə naziri təyin edilməsi haqqında fərman imzalayıb.

Daha əvvəl Ərzurum valisi vəzifəsində çalışmış, mülki idarəetmə və parlament aparatında böyük təcrübəyə malik olan Mustafa Çiftçi daxili işlər naziri vəzifəsini tutub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Türkiyə   hökumət   dəyişiklik  



Xəbər lenti