“Azercell Biznes” korporativ müştərilər üçün İoT və M2M platformasını təqdim edir
Yeni həll M2M cihazlarının statusunun və trafik istifadəsinin real vaxt rejimində idarə olunmasını, hovuz internet balanslarının tənzimlənməsini və xərclərin optimallaşdırılmasını mümkün edir. Bu yanaşma müəssisələrə müxtəlif layihələr üzrə əməliyyat risklərinin azaldılmasını və resurslardan daha səmərəli istifadə edilməsini də təmin edir.
IoT və M2M həlli logistika, nəqliyyat, istehsal, maliyyə, satış, neft-qaz, eləcə də ağıllı şəhər layihələri daxil olmaqla bir çox sahələrdə tətbiq oluna bilər. Platforma müştəriyönümlü, çevik interfeys, yüksək təhlükəsizlik standartları və genişlənə bilən arxitektura ilə seçilir. Bu xüsusiyyətlər mövcud IoT layihələrinin rahat idarə olunması ilə yanaşı, yeni nəsil həllərin də asanlıqla platformaya inteqrasiyasını mümkün edir.
Qeyd edək ki, “Azercell” bu təşəbbüslə ölkədə rəqəmsal transformasiyanın sürətlənməsinə və ağıllı texnologiyaların tətbiqinə töhfə verməyə davam edir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


