"Düzdür, ABŞ hökuməti hələ belə bir addım atmaq qərarına gəlməyib. Çünki ABŞ, tankerləri ələ keçirərsə, neft qiymətlərinin artmasından, nəticədə İranın cavab tədbiri görməsindən ehtiyatlanır. Əlbəttə, İranla bu sahədə danışıqlr fayda verməzsə, ABŞ Prezidentinin əlavə bir neçə variantı var".
Xatırladaq ki, fevralın 6-da ABŞ və İran nümayəndə heyətləri Omanın paytaxtı Məsqət şəhərində nüvə proqramına dair danışıqlar aparıblar. Tehranın danışıqlarda prioriteti sanksiyaların aradan qaldırılması, yaxud yumşaldılması idi. Prezident Donald Tramp görüşün yaxşı keçdiyini, davamının gələcəyini söyləyib. Fevralın 8-də isə İranın xarici işlər naziri Abbas Əraqçi vurğulayıb ki, müharibəyə gəririb çıxarsa belə, İran uranı zənginləşdirmək hüququna malikdir.
|
| Əraqçi: "İran nüvə sazişi üzrə yeni təklif hazırlayır" |
Abbas Əraqçi həmçinin dünən Rusiyanın "RT" telekanalına müsahibəsində söyləyib ki, İran nüvə enerjisindən yalnız dinc məqsədlə istifadə hüququnu müəyyənləşdirmək üçün yeni saziş təklifi üzərində işləyir:
"Bu istiqamətdə artıq öz komandama müvafiq tapşırıqlar vermişəm. Əlbəttə, 2025-ci ildə aparılan danışıqlar əsnasında ABŞ-nin İrana zərbələr endirməsi ucbatından bu ölkəyə tamamilə etibarla yanaşmırıq. Belə bir hadisənin yenidən təkrarlanmayacağını dəqiqləşdirmək istəyirik".
Firudin Həmidli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


