“Kolumbiya ordusunun komandanı, general-mayor Royer Qomes Herreranın müşayiəti ilə müvəqqəti işlər vəkili Con MakNamara ABŞ istehsalı olan 11 ədəd M1117 zirehli maşını təhvil verib. Bu texnika xalqımıza bu qədər ziyan vuran narkotik-terror təşkilatları ilə mübarizədə ordunun səylərini dəstəkləyəcək”, - “X” sosial şəbəkəsində dərc olunan məlumatda deyilir.
|
| Trampa narkobaronların siyahısı verilib | VİDEO |
Xatırladaq ki, Donald Tramp və Qustavo Petro fevralın əvvəlində ABŞ paytaxtında keçirdikləri görüşdə “Kolumbiyanın üsyançı narkotik dəstələrinin liderlərini məhv etmək” barədə razılığa gəliblər.
Həmin görüşdə Kolunmbiya liderinin Trampa həbs olunmalı narkobaronların siyahısını verdiyi bildirilir.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


