Vaşinqton diqqətini Cənubi Asiyaya yönəldir
“ABŞ Banqladeşə hərbi qabiliyyət ehtiyaclarını ödəməsini dəstəkləmək üçün bir sıra variantları təklif edir. Bu təkilfə o cümlədən ABŞ-nin və onun müttəfiqlərinin Çin sistemlərinə alternativ təminatı sistemləri daxildir. ABŞ prezidenti Donald Tramp administrasiyası həmçinin bölgədə sabitliyi qorumaq üçün Banqladeşlə Hindistan arasında yaxşı münasibətlər görmək istərdi”, - Brent Kristensen vurğulayıb.
Səfirin sözlərinə görə, bir çox Amerika şirkətləri Banqladeşə sərmayə qoymağı düşünürlər, lakin bunun üçün yeni hökumətin “biznes üçün açıq” olduğuna dair aydın işarələrin sərgilənməsi vacibdir.
- Kommersiya diplomatiyası bizim əsas prioritetlərimizdən biridir. Biz müvəqqəti hökumətin əldə etdiyi tərəqqi, xüsusən də ticarət, iqtisadi və təhlükəsizlik əlaqələrinin gücləndirilməsi sahəsində qazanılmış nailiyyətləri artırmaq üçün yeni hökumətlə işləməyi səbirsizliklə gözləyirik”, - amerikalı səfir bildirib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: ABŞ Çin CənubiAsiya







Vaxtında, Aydın, Lazımlı!


