Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub, tər çiçəklər düzülüb.
Nümayəndə heyəti həmçinin Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə əklil qoyub. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi zəfərin yaddaşlarda yaşadılması, şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə məlumat verilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


