Avtomobil şirkətləri Rusiyada yenidən fəaliyyətə başlayır

  Avtomobil şirkətləri Rusiyada yenidən fəaliyyətə başlayır
  11 Fevral 2026    Oxunub:1156
Rusiyanın Sankt-Peterburq şəhərindəki "Toyota" və Nijni Novqoroddakı "Volkswagen" avtomobil şirkətlərinin zavodlarının bu il yenidən istehsala başlaması planlaşdırılır.
Bu barədə Rusiyanın sənaye və ticarət naziri Anton Əlixanov Dövlət Dumasının müvafiq komitəsinin iclasında çıxışı əsnasında məlumat verib. O bildirib ki, müxtəlif sahələr üzrə bir çox xarici şirkət Rusiyada yenidən istehsala qayıdır.

Xatırladaq ki, "Toyota" və "Volkswagen" Rusiyada fəaliyyətini 2022-ci ildə dayandırıb. "Toyota" 2023-cü ildə özünün buradakı zavodunu Sənaye və Ticarət Nazirliyinə, "Volkswagen" isə öz Rusiya səhmlərini ölkənin "Art-Finance" şirkətinə 125 milyon avroya satıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   Toyota   Volkswagen  



Xəbər lenti