Keçmiş məhkum 8 kq marixuana ilə tutulub

Keçmiş məhkum 8 kq marixuana ilə tutulub
  12 Fevral 2026    Oxunub:1031
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunan 39 yaşlı Vüqar Məmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, ondan 8 kiloqram marixuana və 3000 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə V.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti