Fidan: "ABŞ-nin İrana tələbləri müharibə ehtimalını artırır"

      Fidan:    "ABŞ-nin İrana tələbləri müharibə ehtimalını artırır"
  12 Fevral 2026    Oxunub:942
"Vaşinqtonun Tehrana nüvə proqramı üzrə danışıqlarda həddindən ziyadə tələbləri əlaqələrin korlanmasına, Yaxın Şərqdə yeni münaqişə ocağının yaranmasına gətirib çıxara bilər".
Bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Britaniyanın "The Financial Times" qəzetinə müsahibəsində dilə gətirib. O vurğulayıb ki, ABŞ İranla bütün məsələləri, o cümlədən Tehranın raket və nüvə proqramlarından, Yaxın Şərqdəki müttəfiqlərini dəstəkləməkdən əl çəkməsini eyni vaxtda çözələməyə çalışır:

"Əlbəttə, belə bir vəziyyətdə nüvə proqramının həlli üzrə danışıqlar bir addım da irəliləməyəcək. Nəticədə regionda daha bir müharibə qopacaq".
WSJ: "ABŞ İran tankerlərini ələ keçirəcək"

Xatırladaq ki, fevralın 6-da ABŞ və İran nümayəndə heyətləri Omanın paytaxtı Məsqət şəhərində nüvə proqramına dair danışıqlar aparıblar. Tehranın danışıqlarda prioriteti sanksiyaların aradan qaldırılması, yaxud yumşaldılması idi. Prezident Donald Tramp görüşün yaxşı keçdiyini, davamının gələcəyini söyləyib. Fevralın 8-də isə İranın xarici işlər naziri Abbas Əraqçi vurğulayıb ki, müharibəyə gəririb çıxarsa belə, İran uranı zənginləşdirmək hüququna malikdir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Türkiyə   İran   ABŞ   nüvə-danışıqları   reaksiya  



Xəbər lenti