Fox News: “Tramp Rusiyanın müttəfqilərini aradan götürür”

            Fox News:    “Tramp Rusiyanın müttəfqilərini aradan götürür”
  12 Fevral 2026    Oxunub:1285
Moskvanın Ukraynaya qarşı müharibə aparmaq imkanlarını məhdudlaşdırmaq üçün ABŞ Rusiyanın müttəfiqlərinə, o cümlədən İran və Venesuelaya təzyiqlərini artırır.
AzVision.az xəbər verir ki, “Fox News” telekanalının məlumatına görə, müttəfiqlərinin maddi-texniki bazasına və resurslarına təsir artıq Rusiyanın döyüş qabiliyyətinə təsir göstərir, ABŞ isə danışıqlara aparan yol təklifini davam etdirir.

“Vaşinqtonun strategiyası təkcə Moskvaya birbaşa təzyiqlər üzərində yox, həm də Rusiyanı dəstəkləyən ölkələrə təsir vasitəsilə həyata keçirilir. İran, Venesuela və digər müttəfiqlər Rusiyanı resurslarla təmin edir və hərbi əməliyyatları dəstəkləməklə ona beynəlxalq sanksiyalardan yayınmağa imkan yaradır”, - telekanal bildirir.

Ekspertlərin fikrincə, bu ölkələrin təchizat zəncirlərinə hücumlar artıq Rusiyanın müharibə aparmaq imkanlarını azaldır. ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsinin keçmiş müşaviri Morqan Merfi qeyd edib ki, Vaşinqton “Venesuelanı idarə heyətindən çıxarıb” və indi Moskvanı hücuma məruz qalan dronlarla və digər hərbi dəstəklərlə təmin edən İranın təsirini məhdudlaşdırmağa köklənib.

ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) istefada olan generalı Bryus Karlson isə, Moskvanın müttəfiqlərinə hücumların Vaşinqton strategiyanın əsas elementi olduğunu idia edib.

- Venesuela, İran və “kölgə donanması” deyilən gəmilər Rusiyanı resurslarla təmin edir və bu kanallara hücumlar Moskvanın iqtisadi imkanlarını azaltmaqla yanaşı pnun hərbi əməliyyatlarını çətinləşdirir”, - general vurğulayıb.

Telekanal bildirir ki, təzyiqlərə parallel olaraq ABŞ Rusiyaya “qızıl körpü” – danışıqlara qayıtmağı və iqtisadi əlaqələrin qismən bərpasını təklif edir.

Kreml indiyədək bu təşəbbüsü rədd edib. Lakin analitiklərin fikrincə, müharibənin bundan sonrakı gedişatı daha çox Moskvanın beynəlxalq təzyiqləri qəbul edib-etməməsindən və diplomatik həll yolu ilə razılaşmasından asılı olacaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Rusiya   müttəfiqlər  



Xəbər lenti