Qalmaqallar Kir Starmeri təqib edir

   Qalmaqallar Kir Starmeri təqib edir
  12 Fevral 2026    Oxunub:1443
Böyük Britaniyanın Baş naziri Kir Starmer yeni siyasi qalmaqalın məngənəsinə düşüb. Bu dəfə məsələ onun keçmiş kommunikasiyalar direktoru Metyu Doylla bağlıdır.
AzVision.az xəbər verir ki, “The Daily Telegraph” nəşri belə məlumat yayıb.

“Yalnız müxalifət yox, həm də hakim “Leyboristlər” Partiyasındakı həmkarları, pedofilliyə görə mühakimə edilmiş partiyanın müşaviri Şaun Morqanla keçmiş əlaqələrinə baxmayaraq, Doylun Britaniya parlamentinin Lordlar Palatasına (yuxarı palata) necə təyin olunduğu məsələsini sual altına alır”, - qəzet yazır.

Müxalif “Mühafizəkarlar” Partiyasının lideri Kemi Beydnok Starmeri “hökuməti ikiüzlülərlə və pedofillərə haqq qazandıranlarla doldurmaqda” ittiham edib.

Leyboristlərin liderinin müavini Lyusi Pauell isə partiyanı “qərar qəbuletmə mədəniyyətini dəyişdirməyə” çağırıb. O, həmçinin əmin edib ki, Doyle ilə bağlı nəinki partiya təhqiqatına başlanılıb, həm də “sonradan əlavə sanksiyalar tətbiq olunacaq” .

Kir Starmerin kreslosu laxlayır
Böyük Britaniyanın baş naziri, öz növbəsində, parlamentdə iddia edib ki, Doyl Morqanla münasibətlərini tam açıqlamayıb. Morqan hələ mühakimə olunmamışdan əvvəl 2017-ci ildə müşaviri təbliğ edib.

- Ötən il dekabrın sonlarında baş nazir artıq keçmiş kommunikasiya direktorunun Morqanla qarşılıqlı əlaqəsindən xəbərdar idi. Buna baxmayaraq, onun Lordlar Palatasına təyinatı haqqında bir müddət əvvəl dərc olunmuş fərman ləğv edilmədi və Doyl yanvarda parlamentin yuxarı palatasına təyinat aldı”, - Kir Starmerin dəftərxanasındakı mənbələr nəşrə bildiriblər.

“The Daily Telegraph” nəşri vurğulayır ki, vəziyyəti düzəltmək üçün Starmerin ixtiyarında iki həftə olsa da, o, bu addımı atmayıb.

Xatırladaq ki, yeni qalmaqal baş nazirin hakim partiyanın dəstəyini almasından cəmi iki gün sonra gündəmə gəlib və beləliklə, onun başqa bir böhranla əlaqədar istefa riskini üstələyib. Həmin risk Starmerin məhrum pedofil amerikalı maliyyəçi Ceffri Epsteinin dostu Peter Mandelsonu Vaşinqtona səfir təyin etmək qərarı ilə bağlı idi.

Sonradan Mandelson vəzifəsindən uzaqlaşdırıldı və ona qarşı araşdırma başladıldı. Kir Starmer öz səhvini etiraf etsdə də, müxalifətin çağırışlarına və öz partiyasının içindən gələn tənqidlərə baxmayaraq, istefa verməkdən boyun qaçırıb.

Sahil İsgəndərov
AzVision.az




Teqlər:   Starmer   Doyl   qalmaqal  



Xəbər lenti