Ombudsman Aparatının əməkdaşı ENNHRI-nin İşçi onlayn görüşündə çıxış edib
Ombudsman Aparatının Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun baş məsləhətçisi və həmin İşçi Qrupun üzvü Şəhla Aslanova onlayn görüşdə təqdimatla çıxış edərək, ölkəmizdə mövcud olan normativ hüquqi aktlarda ağlabatan uyğunlaşma ilə bağlı öz əksini tapan normalar barədə danışıb. Çıxış zamanı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda bu anlayışın təsbit edildiyi və ağlabatan uyğunlaşmadan imtinanın ayrı-seçkilik hesab olunduğu diqqətə çatdırılıb.
İştirakçılara həmçinin Nazirlər Kabinetinin infrastruktur obyektlərinin ağlabatan uyğunlaşdırılması ilə əlaqədar müvafiq qərarlarının tələbləri, habelə “e-sosial” platforması vasitəsilə müraciət proseduru barədə məlumat verilib.
Eyni zamanda, Ombudsmanın müstəqil monitorinq mexanizmi funksiyası çərçivəsində həyata keçirilən monitorinqlər nəticəsində əldə olunan faktlar əsasında əlilliyi olan şəxslərin hüquqlarının təmini ilə bağlı təkliflərin hazırlanaraq aidiyyəti qurumlara ünvanlandığı qeyd olunub.
Təqdimatlardan sonra İşçi Qrupun üzvləri arasında sual-cavab sessiyası təşkil olunub.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


