ABŞ Yaxın Şərqə daha bir hərbi gəmi göndərib

   ABŞ Yaxın Şərqə daha bir hərbi gəmi göndərib
  13 Fevral 2026    Oxunub:1365
"Karib dənizində yerləşən "USS Gerald R. Ford" təyyarədaşıyan zərbə qrupu gəmisinə Fars körfəzinə doğru istiqamət almaq əmri verilib".
"The New York Times" qəzeti öz mənbələrinə istinadən yazır ki, sözügedən gəmi, əmrə əsasən, ABŞ-nin Yaxın Şərqdəki digər təyyarədaşıyan gəmisinə – "USS Abraham Lincoln"a qoşulacaq. Bu gəmilərin öz vətənlərinə yalnız aprelin sonunda, yaxud mayın əvvəlində qayıdacağı bildirilir:

"Bu təyyarədaşıyan gəmi yanvarın 3-də Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi əməliyyatında da meydanda idi. Gəminin Virciniyada lövbər salması, modernləşdirilməsi nəzərdə tutulurdu, amma əmrə əsasən, Yaxın Şərqə yollanır".

Xatırladaq ki, İranda dekabrın 28-də başlamış etiraz aksiyaları fonunda Tehran və Vaşinqtonun münasibətləri daha da gərginləşib. Prezident Donald Tramp "aksiya iştirakçıları qətlə yetilərsə", İrana zərbə endiriləcəyini söyləyib. Bu çərçivədə yanvarın axırında ABŞ-dən İrana doğru gəmi qrupu göndərilib.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Yaxın-Şərq   İran   gəmi  



Xəbər lenti