Kim Çen Inın bacısı Seula xəbərdarlıq edib

Kim Çen Inın bacısı Seula xəbərdarlıq edib
  13 Fevral 2026    Oxunub:1435
Cənubi Koreya hakimiyyəti Şimali Koreyanın suverenliyinə qəsd etməkdən çəkinməlidir.
AzVision.az xəbər verir ki, Şimali Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini və ölkə liderinin bacısı Kim Yo Çyon belə deyib.

Onun sözlərinə görə, Cənubi Koreyadan buraxılan pilotsuz uçuş aparatı fevralın 10-da Şimali Koreyanın hava məkanına soxulub. Siyasətçi həmçinin qeyd edib ki, dronu buraxanın özəl şəxs və ya təşkilat olduğu Koreya rəsmiləri üçün vacib deyil.

“Sizə xəbərdarlıq edirəm, Koreya Xalq Demokratik Respublikasının müqəddəs və toxunulmaz suverenliyini pozan təxribat təkrarlanarsa, əlbəttə ki, buna qarşı sərt cavab tədbirləri görüləcək”, - Kim Yo Çyon vurğulayıb.

Maraqlıdır ki, Cənubi Koreyanın “Yonhap News” agentliyi yanvarın 6-da ya Cənubi Koreya, ya da ABŞ-nin yaxın günlərdə Şimali Koreyaya qarşı “xoşməramlı jest” kimi qiymətləndiriləcək bir addım ata biləcəyini yazmışdı.

Lakin belə bəyanatların ABŞ prezidenti Donald Trampın aprel ayında Çinə səfəri zamanı Şimali Koreya lideri Kim Çen Inla görüşmək planları ilə bağlı spekulyasiyalar fonunda verildiyinə diqqət yetirilib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Pxenyan   Seul   xəbərdarlıq  



Xəbər lenti