
Tədbirdə iştirakçılar Azərbaycanın sahil turizmi, dağ-xizək kurortları, sağlamlıq və spa mərkəzləri, mədəni irs və qastronomiya marşrutları barədə məlumatlandırılıblar.
Səfər çərçivəsində iki ölkənin turizm sənayesi arasında əməkdaşlığın gücləndirilməsi və tərəfdaşlıq imkanlarının genişləndirilməsi imkanlarını müzakirə etmək məqsədilə Belarusun Respublika Səyahət Təşkilatları Birliyi ilə görüş keçirilib.

Qeyd edək ki, 2025-ci ildə MDB üzrə silsilə tədbirlər çərçivəsində Azərbaycan Turizm Bürosu Minskdə B2B formatlı görüşlər və turizm məhsullarının təqdimatlarını keçirib, eləcə də Belarus mediası və turizm şirkətləri üçün Azərbaycana iki tanışlıq səfəri təşkil edib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


