ABŞ universitetində atışma | ölənlər var

   ABŞ universitetində atışma    | ölənlər var
  13 Fevral 2026    Oxunub:1011
ABŞ-də Cənubi Karolina Dövlət Universitetinin kampusunda baş verən atışma nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
AzVision.az “ABC News” telekanalına istinadən xəbər verir ki, hadisə Orancburq şəhərciyindəki “Hugine Suites” tələbə yaşayış kompleksində baş verib. Atışmadan sonra təxminən 2800 tələbəsi olan universitet bir neçə saat mühasirəyə alınıb - giriş və çıxışlar bağlanıb, tələbələr və işçilər binada qalıblar.

Telekanal bildirir ki, hələlik şübhəli şəxs haqqında məlumat yoxdur. Ölənlərin şəxsiyyəti və yaralıların vəziyyəti də hələlik təsdiqlənməyib.

Faciə ilə əlaqədar dərslər ləğv edilib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   universitet   atışma  



Xəbər lenti