Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
Hazırlıq mərhələsi çərçivəsində müxtəlif dövlət məktəblərində və özəl təhsil mərkəzlərində “RobotChallenge” ilə bağlı maarifləndirici tədbirlər baş tutub, bir sıra yerli universitetlərdə infosessiyaların təşkili planlaşdırılıb. Həmçinin şagird və tələbələr üçün seminarların, sahə mütəxəssislərinin iştirakı ilə panel müzakirələrin, interaktiv təlimlərin də həyata keçirilməsi nəzərdə tutulub.
Olimpiadanın əsas məqsədi robototexnika və STEAM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) yönümlü biliklərə marağı gücləndirmək, istedadlı məktəbliləri aşkar etmək və onların beynəlxalq səviyyədə çıxışını təmin etməkdir. Milli seçim mərhələsində yüksək nəticə göstərən komandalar Azərbaycanı Çində keçiriləcək beynəlxalq finalda təmsil edəcəklər.
Xatırladaq ki, yarışa qeydiyyat proqramlaşdırma istiqaməti üzrə (onlayn formatda) 18 fevral 2026-cı il, robototexnika istiqaməti üzrə isə 25 mart 2026-cı il tarixinədək açıqdır.
“RobotChallenge 2026” barədə ətraflı məlumat və qeydiyyat üçün məktəblilər və komandalar www.robotchallenge.az saytına müraciət edə bilərlər.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


