Rusiya-ABŞ-Ukrayna növbəti danışıqları Cenevrədə keçiriləcək

Rusiya-ABŞ-Ukrayna növbəti danışıqları Cenevrədə keçiriləcək
  13 Fevral 2026    Oxunub:1646
"Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların növbəti mərhələsi 17 və 18 fevral tarixlərində İsveçrənin Cenevrə şəhərində baş tutacaq".
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında məlumat verib. O bildirib ki, Rusiyanın nümayəndə heyəti danışıqlara Prezidentin köməkçisi Vladimir Medinskinin rəhbərliyində qoşulacaq.

Xatırladaq ki, Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ilk iki mərhələsi yanvar və fevral aylarında Əbu-Dabidə baş tutub. Danışıqlara Rusiya Müdafiə Nazirliyinin nümayəndələri də qoşulublar. İkinci görüşün nəticəsində Rusiya və Ukrayna arasında 314 hərbi əsirin mübadiləsi həyata keçirilib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   Ukrayna   ABŞ   danışıqlar  



Xəbər lenti