ABŞ ən iri aviadaşıyıcısını Yaxın Şərqə göndərir - KİV

ABŞ ən iri aviadaşıyıcısını Yaxın Şərqə göndərir -    KİV
  13 Fevral 2026    Oxunub:748
ABŞ-nin Hərbi Dəniz Qüvvələrinin “Gerald R. Ford” aviadaşıyıcısı və onu müşayiət edən donanma Yaxın Şərqə göndəriləcək.
AzVision.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, bu barədə aviadaşıyıcının ekipajına bildiriş daxil olub. Qeyd olunur ki, aviadaşıyıcı İran körfəzində olan "Abraham Linkoln" gəmisinin zərbəçi qrupuna qoşulacaq.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqə zərbəçi qrupla müşayiət olunan ikinci aviadaşıyıcını göndərmək imanını nəzərdən keçirdiyini bildirmişdi.

Qeyd edək ki, “USS Gerald R. Ford” (CVN-78) ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus ən yeni nəsil nüvə enerjili aviadaşıyıcıdır və "Gerald R. Ford" sinfinin ilk gəmisidir. 2017-ci ildə istismara qəbul edilən bu gəmi elektromaqnit katapult sistemi (EMALS) və inkişaf etmiş radar kompleksləri ilə təchiz olunub.

AzVision.az



Teqlər:



Xəbər lenti