ABŞ ən iri aviadaşıyıcısını Yaxın Şərqə göndərir - KİV
Məlumata görə, bu barədə aviadaşıyıcının ekipajına bildiriş daxil olub. Qeyd olunur ki, aviadaşıyıcı İran körfəzində olan "Abraham Linkoln" gəmisinin zərbəçi qrupuna qoşulacaq.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqə zərbəçi qrupla müşayiət olunan ikinci aviadaşıyıcını göndərmək imanını nəzərdən keçirdiyini bildirmişdi.
Qeyd edək ki, “USS Gerald R. Ford” (CVN-78) ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus ən yeni nəsil nüvə enerjili aviadaşıyıcıdır və "Gerald R. Ford" sinfinin ilk gəmisidir. 2017-ci ildə istismara qəbul edilən bu gəmi elektromaqnit katapult sistemi (EMALS) və inkişaf etmiş radar kompleksləri ilə təchiz olunub.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


