Zelenski Rza Pəhləvi ilə görüşdü

Zelenski Rza Pəhləvi ilə görüşdü
  13 Fevral 2026    Oxunub:770
Ukrayna Prezidenti Volodimir Zelenski 62-ci Təhlükəsizlik Konfransının keçirildiyi Münxendə sonuncu İran şahının böyük oğlu Rza Pəhləvi ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Zelenski öz "Telegram" kanalında məlumat
paylaşıb.

"Ukrayna öz gələcəyi uğrunda mübarizədə İran xalqını dəstəkləyir və İran rejiminin bütün qurbanlarına başsağlığı verir", - o yazıb və əlavə edib ki, İrana qarşı sanksiyaların gücləndirilməsini vacib hesab edir.

"Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi üçün İran şahzadəsinə təşəkkür edirəm. İnsan həyatını qorumaq üçün maksimum səylər göstərmək vacibdir. Ukrayna öz tərəfindən kömək etməyə hazırdır", - Zelenski qeyd edib.

AzVision.az



Teqlər:



Xəbər lenti