Aeroport şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət götürülüb

Aeroport şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət götürülüb
  14 Fevral 2026    Oxunub:1719
Suraxanı rayonu, Aeroport şosesində Hava limanı yolundan “Koroğlu” metro stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb.

Xatırladaq ki, bundan əvəvl Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Suraxanı rayonu, Aeroport şosesində (“Buta Palace” yaxınlığında) istismar müddətini başa vurmuş elektron məlumat-sürət tablolarının quraşdırıldığı metal konstruksiyanın bir hissəsinin söküntü işlərinə başlanıldığını açıqlamışdı.

Bu səbəbdən Hava limanı yolundan (Hava limanı körpüsündən) “Koroğlu” metro stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulmuşdu. Mərdəkan şosesindən gələn sürücülər isə alternativ yol olaraq Zığ şosesi istiqamətinə yönləndirilirdi.

AzVision.az


Teqlər: Aeroport   yol   məhdudiyyət  



Xəbər lenti