DİN: “Sutka ərzində 72 cinayətin üstü açılıb”

   DİN:    “Sutka ərzində 72 cinayətin üstü açılıb”
  14 Fevral 2026    Oxunub:1670
Fevralın 13-də polis əməkdaşları ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin üstünü açıblar. Axtarışda olduğuna görə ümumilikdə 159, o cümlədən borclu şəxs qismində axtarışda olan 121 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, ötən gün narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.

Bundan əlavə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin polis əməkdaşlarının fevralın 13-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 13-də ümumi çəkisi 5,2 kiloqrama yaxın narkotik vasitə və 303 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: DIN   cinay'tl'r   saxlanmalar  



Xəbər lenti