Fon der Lyayen: "Avropa daha müstəqil olmalıdır"
"Biz artıq dörd ilə yaxındır ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü şəraitində yaşayırıq. Eyni zamanda, birliyimizi daxildən zəiflətməyə çalışan xarici qüvvələrin açıq təhdidi ilə üzləşirik. Açıq-aşkar düşmən rəqabəti və güc siyasəti geri qayıdır. Avropa həyat tərzi, demokratiyalarımız, onların institusional əsasları və vətəndaşların etimadı ərazi məsələlərindən tutmuş tariflərə və texnologiyaların tənzimlənməsinə qədər yeni çağırışlarla üzləşir", - o deyib.
Onun sözlərinə görə, bütün bunlar son nəticədə sadə bir reallığı göstərir: bugünkü parçalanmış dünyada Avropa daha müstəqil olmalıdır.
"Təhlükəsizliyimizin və rifahımızın asılı olduğu bütün sahələrdə başqa seçim yoxdur: müdafiə və energetikada, iqtisadiyyat və ticarətdə, xammal təminatında və rəqəmsal texnologiyalarda. Kimsə deyə bilər ki, "müstəqillik" sözü transatlantik əlaqələrə ziddir. Əslində isə hər şey əksinədir - və biz bunu indicə ABŞ dövlət katibi Marko Rubiodan eşitdik. Müstəqil Avropa - güclü Avropadır, güclü Avropa isə daha möhkəm transatlantik ittifaq deməkdir", - o deyib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


