Azərbaycanın Ukraynadakı səfirliyi üç dəfə hücuma məruz qalıb
“Əlbəttə ki, bu məsələ Xarici İşlər nazirlikləri və Prezident administrasiyaları səviyyəsində rəsmilərimiz arasında çoxsaylı təmaslar zamanı dəfələrlə qaldırılmışdır. Ukraynada təkcə Azərbaycanın enerji infrastrukturuna hücumlar olmayıb. Eyni zamanda, Azərbaycanın Ukraynadakı səfirliyi üç dəfə hücuma məruz qalıb.
Birinci hücumdan sonra biz düşündük ki, bu, təsadüfən baş verib və rusiyalı həmkarlarımıza Azərbaycanın diplomatik nümayəndəliklərinin, o cümlədən konsulluq idarəsinin, mədəniyyət mərkəzlərinin və səfirliyimizin bütün koordinatlarını təqdim etdik. Bütün bunlara baxmayaraq, iki əlavə hücum oldu.
Beləliklə, bu, Azərbaycanın diplomatik nümayəndəliyinə qəsdən edilmiş bir hücum idi və biz xüsusi bəyanat yaydıq, Rusiya səfiri dəvət olundu və ona diplomatik nota verildi.
Biz yalnız diplomatik yolla hərəkət edirik. Bundan başqa heç nə edə bilmərik. Lakin, əlbəttə ki, bu hərəkətlər Azərbaycana qarşı dostyana hərəkət hesab edilmir. Mən sizin sualınızı başa düşürəm və sadəcə sizə məlumat vermək istəyirəm ki, Azərbaycan hökuməti tərəfindən bütün zəruri diplomatik addımlar atılıb”, - İlham Əliyev qeyd edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


