Azərbaycan Prezidenti: "Serbiya ilə gələcək üçün də açıq-aydın planlarımız var"

      Azərbaycan Prezidenti:    "Serbiya ilə gələcək üçün də açıq-aydın planlarımız var"
  15 Fevral 2026    Oxunub:1871
Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatında iki ölkənin gələcəklə bağlı planlarından danışıb.

Dövlətimizin başçısı bununla bağlı deyib: “Bizim gələcək üçün də açıq-aydın planlarımız var. Bunlar həm siyasi, həm iqtisadi, energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahəsində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır”.

AzVision.az



Teqlər:



Xəbər lenti