Xocalı, Hadrut və Qırmızı Bazara daha 60 ailə yola salınıb

   Xocalı, Hadrut və Qırmızı Bazara daha 60 ailə yola salınıb
  16 Fevral 2026    Oxunub:1099
Xocalı şəhəri, Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə ümumilikdə 60 ailədən ibarət növbəti köç karvanları yola salınıb.
AzVision.az xəbər verir ki, qeyd olunan yaşayış məntəqələrinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocalı şəhərinə 30 (149 nəfər), Hadrut qəsəbəsinə 10 (47 nəfər), Qırmızı Bazar qəsəbəsinə isə 20 ailənin (91 nəfər) qayıdışı təmin olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti