Əraqçi Qrossi ilə görüşəcək

Əraqçi Qrossi ilə görüşəcək
  16 Fevral 2026    Oxunub:1241
İranın xarici işlər naziri Abbas Əraqçi bu gün İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş direktoru Rafael Qrossi ilə görüş keçirəcək.
İranlı nazir bu barədə özünün "X" hesabında məlumat yayıb. Bildirib ki, görüş nüvə enerjisi mütəxəssislərinin iştirakı ilə baş tutacaq, tərəflər ətraflı texniki müzakirələr aparacaqlar.
Əraqçi: "İran nüvə sazişi üzrə yeni təklif hazırlayır"

Xatırladaq ki, fevralın 6-da ABŞ və İran nümayəndə heyətləri Omanın paytaxtı Məsqət şəhərində nüvə proqramına dair danışıqlar aparıblar. Prezident Donald Tramp görüşün yaxşı keçdiyini, davamının gələcəyini söyləyib. Fevralın 8-də Abbas Əraqçi vurğulayıb ki, müharibəyə gəririb çıxarsa belə, İran uranı zənginləşdirmək hüququna malikdir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   BAEA   nüvə-danışıqları  



Xəbər lenti