Avstraliya İŞİD-çi vətəndaşlarını Suriyadan gətirməyəcək

Avstraliya İŞİD-çi vətəndaşlarını Suriyadan gətirməyəcək
  17 Fevral 2026    Oxunub:1378
Avstraliyanın Baş naziri Entoni Albaneze İŞİD ilə əlaqəli bir qrup Avstraliya vətəndaşının vətənə qayıtmaq cəhdlərində hökumətin hər hansı bir yardımını istisna edib.
AzVision.az xəbər verir ki, “The Australian” qəzeti Baş nazirin açıqlamasını dərc edib. Baş nazir qeyd edib ki, Avstraliya hökuməti əvvəllər İŞİD-i dəstəkləyən və hazırda vətənlərinə qayıtmağa çalışan bir qrup Avstraliya vətəndaşına heç bir rəğbət bəsləmir.

“Bu şəxslər İŞİD-i dəstəkləmək üçün xaricə səyahət ediblər. Biz onlara kömək göstərməyəcəyik və ya onların geri qaytarılmasını təşkil etməyəcəyik”, - deyə Albaneze vurğulayıb və onlardan hər hansı biri Avstraliyaya qayıda bilsə, dərhal məsuliyyətə cəlb olunacağını bildirib.

Roj düşərgəsində saxlanılan 34 Avstraliya vətəndaşından ibarət qrupa ölən və ya həbsdə olan İŞİD yaraqlılarının arvadları, dul qadınları və uşaqları daxildir.

AzVision.az




Teqlər:



Xəbər lenti