Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatı: 17 nəfər saxlanılıb

   Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatı:    17 nəfər saxlanılıb
  17 Fevral 2026    Oxunub:1175
Türkiyədə məşhur şəxslərə qarşı növbəti narkotik əməliyyatı çərçivəsində daha 25 nəfər haqqında həbs qərarı verilib.
Türkiyə mətbuatının rəsmi mənbələrə istinadən yaydığı xəbərə görə, əməliyyat İstanbul Baş Prokurorluğunun qaçaqmalçılıq, narkotik ve iqtisadi cinayətlər istintaq idarəsi tərəfindən həyata keçirilib. Barələrində həbs qərarı çıxarılan şəxslərdən 17-si saxlanılıb. Onların arasında tanınmış müğənnilər Murad Dalkılıç və Kaan Tangözə, aktyor İsmayıl Hacıoğlu da var.

Şübhəli şəxslərə qarşı şəxsi istifadə üçün narkotik və psixotrop maddə satın almaq və saxlamaq ittihamları irəli sürülüb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   məşhurlar   narkotik   əməliyyat  



Xəbər lenti