Paşinyan evləndi

   Paşinyan evləndi
  17 Fevral 2026    Oxunub:1074
Anna Akopyan Ermənistanın baş naziri Nikol Paşinyanla vətəndaş nikahının bitdiyini açıqlayıb.
AzVision.az xəbər verir ki, Anna Akopyan özünün “Facebook” sosial şəbəkəsindəki səhifəsində bununla bağlı paylaşım edib.

“Əziz həmvətənlər, nəzərinizə çatdırıram ki, baş nazir Nikol Paşinyanla vətəndaş nikahım bitib. Bu mövzunun müzakirəsi zamanı hər kəsdən təmkinli və mədəni davranmağı xahiş edirəm”, - Anna Akopyan yazıb.

Bu arada Ermənistan mediası Anna Akopyan və Nikol Paşinyanın nikahının Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı (VVAQ) İdarəsində rəsmiləşdirildiyini bildirir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Paşinyan   Akopyan   evlənmə  



Xəbər lenti