Aİ "Aİ"dən ehtiyatlanır

   Aİ "Aİ"dən ehtiyatlanır
  17 Fevral 2026    Oxunub:1141
Avropa Parlamenti (AP) məlumat təhlükəsizliyi ilə əlaqədar narahatlığa görə bütün üzvlərin və əməkdaşların iş cihazlarında süni intellekt (Sİ) funksiyalarını söndürüb.
ABŞ-nin "Politico" qəzeti öz mənbələrinə istinadən yazır ki, AP-nin informasiya texnologiyaları şöbəsi Sİ funksiyalarına malik cihazlarda kibertəhlükəsizliyə zəmanət verilə bilməyəcəyi qənaətinə gəlib. Belə ki, Sİ-nin müəyyən əməliyyatların icrasında məlumatı bulud xidmətinə ötürdüyü, cihazdan kənara yönləndirdiyi üzə çıxıb.

Məsələ ilə əlaqədar lazımi tədqiqatın nəticəsində sözügedən addım atılıb: AP üzvləri və əməkdaşlarının iş cihazlarında Sİ funksiyaları bloklanıb. AP üzvlərə həmçinin şəxsi cihazlarda da işlə əlaqədar əməliyyatlar apararkən oxşar tədbir görməyi məsləhət görüb.

Firudin Həmidli
AzVision.az


Teqlər: AP     bloklama  



Xəbər lenti