Rusiya və İran Oman körfəzində hərbi dəniz təlimi keçiriblər

Rusiya və İran Oman körfəzində hərbi dəniz təlimi keçiriblər
  17 Fevral 2026    Oxunub:628
Rusiya Baltik Donanmasına məxsus “Stoykiy” korveti İran Hərbi-Dəniz Qüvvələrinin gəmiləri ilə birlikdə Oman körfəzi akvatoriyasında “Passeks” adlı hərbi dəniz təlimi keçirib.
AzVision.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Baltik Donanmasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Rusiya və İran hərbi dənizçiləri birgə manevr elementlərini məşq edib, rabitə üzrə təlimlər keçirib və mülki gəmiçiliyin təhlükəsizliyinin təmin olunması üzrə fəaliyyətləri sınaqdan keçiriblər. Qüvvələrin idarə olunması Rusiya və İran tərəfləri tərəfindən növbəli şəkildə həyata keçirilib.

Bildirilib ki, təlimin əsas məqsədi Rusiya ilə İran arasında hərbi-dəniz əməkdaşlığının möhkəmləndirilməsi olub.

AzVision.az



Teqlər:



Xəbər lenti