Zelenski: “Seçkilərdə iştirakım xalqdan asılıdır”

      Zelenski:    “Seçkilərdə iştirakım xalqdan asılıdır”
  18 Fevral 2026    Oxunub:1093
Qarşıdan gələn prezident seçkilərində iştirak edəcəyim istisna deyil, lakin bu xalqın iradəsindən asılı olacaq.
AzVision.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Amerikanın “Axios” portalına müsahibəsində belə deyib.

“Heç bir qərar verilməyib, amma referendumla eyni vaxtda yeni prezident seçkilərinin keçiriləcəyi istisna edilmir”, - Zelenski bildirib.

O, istənilən seçkilərin kövrək atəşkəs zamanı keçirilməsinin mümkünlüyünü və bu ssenaridə namizəd ola biləcəyini ehtimal edib.

- Bu, insanlardan asılı olacaq. Onların nə istədiklərini görəcəyik”, - Ukrayna prezidenti qeyd edib.

Zelenskinin sözlərinə görə, Rusiya Ukraynada ümummilli səsvermənin təşkili və keçirilməsi üçün yalnız bir günlük atəşkəslə razılaşıb. Halbuki bunun üçün 60 günlük atəşkəs rejiminin tətbiqi zəruridir.

Ukrayna lideri daha əvvəl bəyan etmişdi ki, Ukrayna lazım gələrsə, seçkilərə açıqdır, lakin bunun üçün atəşkəs olmalıdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Zelenski   seçkilər   xalq  



Xəbər lenti