Medinski: "Növbəti üçtərəfli görüş keçiriləcək"

      Medinski:    "Növbəti üçtərəfli görüş keçiriləcək"
  18 Fevral 2026    Oxunub:1049
"Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar bu gün iki saat çəkib".
Bu sözləri Rusiya Prezidentinin köməkçisi, danışıqlarda Moskva heyətinin rəhbəri Vladimir Medinski görüşün yekununda jurnalistlərə açıqlama verərkən dilə gətirib. O bildirib ki, dünən ilk gündə isə müxtəlif formatlarda daha uzun müddət danışıqlar aparılıb: "Danışıqlar çətin, amma məhsuldar keçdi. Tezliklə yeni görüş baş tutacaq".

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində Moskva və Kiyevin Vaşinqtonun vasitəçiliyi ilə danışıqlarının növbəti mərhələsi dünən və bu gün İsveçrənin Cenevrə şəhərində keçirilib. Görüşə Rusiyadan Prezidentin köməkçisi Vladimir Medinskinin rəhbərliyində, ABŞ-dən isə bu ölkənin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkofun, habelə Prezident Donald Trampın kürəkəni Cared Kuşnerin rəhbərliyində heyətlər qoşulublar.
Peskov: "Mühüm qərar gözlənilmir"

Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ilk iki mərhələsi yanvar və fevral aylarında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində baş tutub. Danışıqlara Rusiya Müdafiə Nazirliyinin nümayəndələri də canım qoşulublar. İkinci görüşün nəticəsində Rusiya və Ukrayna arasında 314 hərbi əsirin mübadiləsi həyata keçirilib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   ABŞ   Ukrayna   danışıqlar  



Xəbər lenti