Türkiyədən gətirilən meyvə tinglərində virus tapılıb

Türkiyədən gətirilən meyvə tinglərində virus tapılıb
  19 Fevral 2026    Oxunub:1524
Türkiyədən Azərbaycana gətirilən şaftalı və nektarin tingində Şarka virusu aşkarlanıb.
Qida Təhlükəsizliyi Agentliyindən AzVision.az -a verilən məlumata əsasən, nəzarət tədbirləri çərçivəsində "Agro Plant" MMC-nin və fiziki şəxs Əhmədov Elmin Cəlal oğlunun Türkiyədən idxal etdiyi tinglərdən nümunələr götürülərək müayinələrə cəlb olunub. Tinglərdə karantin tətbiq edilən Şarka virusu aşkarlanıb.

Faktla bağlı müvafiq qərar qəbul edilib, sahibkarların müraciətinə uyğun olaraq şaftalı və nektarin tingi məhsul partiyaları məhv edilib. Şarka virusu bitkilərin inkişafını zəiflədir və məhsuldarlığı əhəmiyyətli dərəcədə azaldır.

AzVision.az


Teqlər: AQTA  



Xəbər lenti