Zelenski Yaponiyadan silah almağa ümid edir

   Zelenski Yaponiyadan silah almağa ümid edir
  20 Fevral 2026    Oxunub:710
Ukrayna Yaponiya ilə müdafiə əməkdaşlığını inkişaf etdirməyə ümid edir və Baş nazir Sanae Takaiçinin müdafiə ixracını genişləndirmək siyasətini alqışlayır.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiyanın “Kyodo” xəbər agentliyinə verdiyi müsahibədə bildirib. Müsahibədə Zelenski Ukrayna üçün hava hücumundan müdafiənin əhəmiyyətini xüsusilə vurğulayaraq, Takaiçinin bu sahədə “dialoq dəhlizi” açacağına ümid etdiyini vurğulayıb.

O, həmçinin Yaponiyanın Baş naziri ilə görüşmək arzusunu ifadə edərək əlavə edib ki, belə bir görüş istənilən formatda - beynəlxalq tədbir çərçivəsində görüşdən tutmuş Yaponiyaya səfərinə qədər baş tuta bilər. Daha əvvəl Mayniti” qəzeti bildirib ki, Yaponiya hakimiyyət orqanları müəyyən şərtlər daxilində silahlı münaqişələrdə iştirak edən ölkələrə müdafiə məhsullarının tədarükünə icazə vermək imkanını nəzərdən keçirir.

AzVision.az


Teqlər:



Xəbər lenti