İştirakçılara rabitə və informasiya texnologiyaları sisteminə inteqrasiya edilən yeni sistem və vasitələr barədə məlumat verilib, onların tətbiq imkanları və üstünlükləri praktiki şəkildə nümayiş etdirilib.
Tədbir zamanı Azərkosmosun fəaliyyət istiqamətləri, peyk rabitəsi və kosmik texnologiyaların müdafiə və təhlükəsizlik sahəsində tətbiq imkanları barədə təqdimat keçirilib. Bununla yanaşı, innovativ texnologiyalar və onların əməliyyat imkanları iştirakçıların diqqətinə çatdırılıb.
Bu cür təşəbbüslər müdafiə və təhlükəsizlik sahəsində kosmik və rabitə texnologiyalarının tətbiqinin genişləndirilməsinə, eləcə də müasir texnoloji həllərin qarşılıqlı əməkdaşlıq çərçivəsində inkişafına töhfə verir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


