Ankara Afinanı ittiham edib

   Ankara Afinanı ittiham edib
  20 Fevral 2026    Oxunub:1632
Türkiyə Yunanıstanın Krit adasının cənubunda karbohidrogen yataqlarının kəşfiyyatı üçün “Chevron” şirkəti ilə razılaşmasına qarşı çıxıb.
AzVision.az xəbər verir ki, rəsmi Ankara bu addımın beynəlxalq hüquqa və mehriban qonşuluq münasibətlərinə zidd olduğunu bildirib.

“Bu fəaliyyət Türkiyə ilə Liviya arasında dəniz yurisdiksiyası haqqında 2019-cu il memorandumunun pozulması ilə həyata keçirilir. Bu işlər Türkiyənin kontinental şelfinə birbaşa təsir göstərməsə də, BMT-nin qeyd etdiyi kimi Liviyanın dəniz hüquqlarını pozur”, - Türkiyə Müdafiə Nazirliyinin bəyanatında vurğulanır.

Ankara həmçinin Yunanıstanın “birtərəfli və qanunsuz hərəkətlərinə” qarşı çıxmaqda Liviya hakimiyyətini dəstəkləməyə davam edəcəyini bildirib.

“Chevron” şirkəti ilə bağlanan müqavilə Yunanıstanın dənizdəki qaz kəşfiyyat sahələrini genişləndirir və bunu Avropa İttifaqının (Aİ) Rusiyanın enerji ehtiyatlarından asılılığını azaltmaq səyləri ilə əlaqələndirir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Türkiyə   Yunanıstan   ittiham  



Xəbər lenti