Rusiya Türkiyəyə yeni səfir göndərib

   Rusiya Türkiyəyə yeni səfir göndərib
  20 Fevral 2026    Oxunub:1594
Rusiyanın xarici işlər nazirinin müavini Sergey Verşinin ölkənin Türkiyədəki yeni səfiri təyinatı alıb.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin müvafiq fərman imzalayıb. Bildirilib ki, Sergey Verşinin bu vəzifədə müvəqqəti işlər vəkili Aleksey İvanovu əvəzləyib.

Məlumata əsasən, 71 yaşlı Sergey Verşinin 2018-ci ildən bəri xarici işlər nazirinin müavini idi. O həmçinin 1999-2003-cü illərdə Rusiyanın Əlcəzairdəki səfiri, 2005-2018-ci illərdə isə Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Şimali Afrika Departamentinin direktoru vəzifələrində çalışıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   Türkiyə   səfir  



Xəbər lenti