Yaz fəsli Azərbaycana martın 20-də daxil olacaq

   Yaz fəsli Azərbaycana martın 20-də daxil olacaq
  20 Fevral 2026    Oxunub:1652
Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si saat 18:45-də təsadüf edəcək.
BDU-nun Astrofizika kafedrasından AzVision.az -a bildirilib ki, bu zaman gecə ilə gündüz bərabərləşəcək və Günəş düz şərqdə doğub, qərbdə batacaq. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq.

Yaz fəslinin uzunluğu 92 gün 17 saat 38 dəqiqə 28 saniyə olacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti