Norveç İraqda hərbi iştirakını azaldır
“Bölgədəki gərginlik səbəbindən hərbçilərimizin bir hissəsi bəziləri başqa yerlərə köçürülüb. Biz yerli təhlükəsizlik qüvvələrini dəstəkləmək üçün bu ölkələrdəyik. Bölgədəki yeni təhlükəsizlik vəziyyəti bu missiyanı çətinləşdirir”, - Norveç Silahlı Qüvvələrinin nümayəndəsi sözçü Brinyar Strodal deyib.
Qeyd edək ki, Norveçin İraq və İordaniyada təxminən 60 hərbçisi var.
Son günlərdə ABŞ-nin tezliklə İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlaya biləcəyinə dair getdikcə artan əlamətlər müşahidə olunur. Bir neçə həftədir ki, ABŞ bölgədəki hərbi mövcudluğunu artırır.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


