Paytaxtda 11 kiloqram narkotik aşkarlanıb

Paytaxtda 11 kiloqram narkotik aşkarlanıb
  21 Fevral 2026    Oxunub:1913
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata əsasən, tədbir zamanı qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakinləri: 33 yaşlı Haqverdi Əhmədli, 35 yaşlı Mahir Əhmədov və qardaşı 26 yaşlı Elxan Əhmədov saxlanılıblar. Onlardan ümumilikdə 10 kiloqram 896 qram tərkibinə psixotrop maddələr əlavə edilən marixuana aşkarlanıb.

Saxlanılanların narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədi ilə əldə etdikləri məlum olub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  



Xəbər lenti