Günəşdəki ləkələr yoxa çıxıb: Təhlükə varmı?

Günəşdəki ləkələr yoxa çıxıb:  Təhlükə varmı?
  22 Fevral 2026    Oxunub:3602
2026-cı ilin əvvəlində radiasiya fırtınalarının gücü və şiddətli sıçrayışların sayı üzrə rekordlar qıran Günəş gözlənilmədən “dərin sakitlik” mərhələsinə daxil olub.
Günəşdəki ləkələr 2021-ci ilin dekabrından bəri ilk dəfə tamamilə yoxa çıxıb. Artıq Yerdən baxanda Günəş “tərtəmiz sarı disk”ə bənzəyir. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyasının alimləri məlumat veriblər. Ulduzun səthində kiçik belə olsa, ləkə müşahidə olunmur.

Sonuncu dəfə belə hal 2021-ci il dekabrın 11-də qeydə alınıb. Astronomlar bildirirlər ki, Günəşdə hər zaman ləkələr olub və onlar maqnit axınının yüksək cəmləşdiyi sahələrdə yaranır. Məhz bu zonalarda güclü püskürmələr üçün enerji toplanır. 2024-cü ildən bəri Günəşdə heç bir alışma (fleyer) baş verməyib ki, bu da Günəş aktivliyinin son dərəcə aşağı səviyyədə olduğunu göstərir.

Günəşin hazırkı vəziyyəti yaxın günlərdə geomaqnit şəraitinin sabit və sakit olacağını vəd edir.



Röya Əliyeva
AzVision.az



Teqlər: Astronomiya  



Xəbər lenti