O xatırladıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 613 dinc sakin, o cümlədən qadın və uşaqlar amansızcasına qətlə yetirilib, minlərlə insan doğma yurd-yuvasından didərgin salınıb. Müvəkkil deyib ki, Xocalı soyqırımına ilk siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə verilib, sonrakı dövrdə isə dövlət tərəfindən faciənin beynəlxalq səviyyədə tanıdılması istiqamətində ardıcıl addımlar atılıb. Eyni zamanda, Heydər Əliyev Fondunun həyata keçirdiyi "Xocalıya ədalət" kampaniyası bu istiqamətdə mühüm rol oynayıb.
Ombudsman Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış zəfər nəticəsində ölkənin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunduğunu, müharibə cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb edildiyini də vurğulayıb.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov Xocalı soyqırımının milli yaddaşda və dövlətçilik şüurunda mühüm yer tutan faciə olduğunu bildirib. O qeyd edib ki, Xankəndidə fəaliyyət göstərən Qarabağ Universitetində bu hadisənin anılması xüsusi rəmzi məna daşıyır.
Milli Qəhrəman Füzuli Rüstəmovun bacısı, Xocalı hadisələrinin şahidi Füqurə Rüstəmova çıxışında faciə gecəsi yaşadıqlarını bölüşüb, gəncləri tarixi unutmamağa və həqiqətləri gələcək nəsillərə çatdırmağa çağırıb.
Sonra Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilib, Ombudsmanın Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanatı səsləndirilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


