PUA ilə sərhəddən narkotik keçirmək istədilər
Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılıb.
Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşları – 1993-cü il təvəllüdlü Natiq Vahid oğlu Mərdanov və 1995-ci il təvəllüdlü Elşən Arif oğlu Mahmudov şübhəli şəxs qismində saxlanılıblar.
İlkin dindirilmə zamanı saxlanılan şəxslər İran ərazisindən PUA vasitəsilə atılan 10 kiloqram 224 qram narkotiki götürmək məqsədilə gəldiklərini etiraf ediblər.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


