Ombudsmanın məruzəsi Prezidentə təqdim edilib
Məruzə Azərbaycan Respublikasının Milli Məclisində dinlənildikdən sonra geniş ictimaiyyətin tanış olması üçün mediada yayımlanacaq.
Qeyd edək ki, "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 14-cü maddəsinə uyğun olaraq, Ombudsmanın Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında 2025-ci il üzrə məruzəsi hazırlanıb. Cari il bitdikdən sonra iki aydan gec olmayaraq Ombudsman illik məruzəni Azərbaycan Respublikasının Prezidentinə təqdim edir və həmin məruzə ilə Milli Məclis qarşısında çıxış edir. İllik məruzə, eyni zamanda, Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş prokurora göndərilir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


