Suriyada İŞİD üzvləri zərərsizləşdirilib

Suriyada İŞİD üzvləri zərərsizləşdirilib
  24 Fevral 2026    Oxunub:681
Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri İŞİD-in bir bölməsini zərərsizləşdirib.
AzVision.az xəbər verir ki, bu barədə “Syria TV” televiziyası hüquq mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Kanalın məlumatına görə, zərərsizləşdirilmiş silahlılar ölkənin şimal-şərqindəki Raqqa əyalətində nəzarət-buraxılış məntəqəsinə hücumda şübhəli bilinirdi.

Əməliyyatın təfərrüatları ilə bağlı məlumat verilməyib.

AzVision.az



Teqlər:



Xəbər lenti