Kiyev enerji sektoru üçün Aİ-dən 1 milyard avro alacaq
Onun sözlərinə görə, yardım paketinə humanitar dəstək və elektrik generatorlarının təchizatı üçün 100 milyon avro, eləcə də Rusiya qüvvələrinin hücumları nəticəsində dəyən ziyanın aradan qaldırılması üçün əlavə 920 milyon avro daxildir.
“Aİ Rusiyanın Ukraynanı dondurmasına və onu təslim olmağa məcbur etməsinə icazə verməyəcək. Əksinə, fasiləsiz elektrik enerjisi təchizatını təmin etmək üçün dəstəyimizi ikiqat artırırıq”, - Yorgensen vurğulayıb.
Bu fonda Vaşinqton sülh prosesində irəliləyiş olduğunu açıqlayıb. ABŞ-nin BMT-dəki daimi nümayəndəsinin müavini Temmi Bryus qeyd bildirib ki, amerikalı danışıqçılar münaqişə tərəfləri ilə razılaşdırılmamış məsələləri həll etmək və mümkün qədər tez bir zamanda razılığa gəlmək üçün çalışırlar.
- Ukraynadakı müharibəyə son qoymaq üçün siyasi iradəyə ehtiyac var. Biz inanırıq ki, bu müharibənin başlanğıcından bəri heç vaxt olmadığı qədər razılığa yaxınlaşmışıq”, - xanım Bryus diqqətə çatdırıb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Aİ Kiyev energetika







Vaxtında, Aydın, Lazımlı!


